Kouçinq, insanın könüllü olaraq seçdiyi öyrənmə və fərdi inkişaf prosesidir. Beynəlxalq Kouçinq Federasiyası kouçinqi müştərilərlə (partnyor) şəxsi və peşəkar potensiallarını maksimum dərəcədə artırmağa kömək edən, ruhlandıran, düşündürücü və yaradıcı prossesdə tərəfdaşlıq münasibəti göstərən bir təlimdir.
Kouçinq prosesi öncədən istifadə olunmamış potensialları kəşf edir. Kouç və müştəri zehni-ruhi yolculuğa çıxaraq, birlikdə partnyorun məqsəd və arzularını müəyyənləşdirir. Partnyora bu məqsədə çatmaq yollarını göstərir. Kouç partnyorun güclü tərəflərini üzə çıxararaq onlara bu məqsədlərə çatmaqda mane olan əngəlləri dəf etməyə kömək edir.
Kouç mühakimə etmir, dəstək olur və partnyorları tərəfdaş kimi görür. Kouç məsləhət vermir. O, partnyorlara düşündürücü suallar verməklə, onların özlərinə problemin həll yollarını tapmaqda kömək edir. Kouç partnyorlarını məsuliyyətli olmağa sövg edir və onların inkişafını nəzarətdə saxlayır.
Kouç bəzən partnyorlarının məqsəd və arzularını düzgün formalaşdırmağa kömək edir. Çünki, bəzən insanlar qarşılarına yanlış hədəflər qoyur, həqiqi ehtiyac və istəklərindən xəbərsiz olaraq xəyallar qururlar. Kouçinq psixoloji təmir və ya bərpa növü deyil. Kouçinqin mərkəzi fəlsəfəsi hər insanın özünə məxsus özəl potensialının olmasına inanmaqdan ibiarətdir. Kouç inkişaf etmək arzusunda olan insanlara dəstək olmağa hazırdır. İnkişaf etmək hər kəsin haqqıdır. Düzgün və peşakar dəstək hər kəsi istədiyi məqsədə çatdıra bilər. Beləliklə, kouçinq keçmişə fokuslanmır. Kouçinq gələcəyə yönəlik bir inkişaf prosesidir.
Kouç, hər zaman həqiqəti deyir. Kouç, şəffaflıq və etibar prinsilpləri ilə hərəkət edir. Kouçinq məxfidir. Kouç üçün müştərinin paylaşdığı məlumat özəl və toxunulmazdır. Kouçinq hər iki tərəfdən öhdəlik və hörmət tələb edən bir tərəfdaşlıq münasibətidir. Yaşam Kouçinqi insanın oyrənməsinə və fərdi inkişafına kömək edən bir kouçinq formasıdır.
Ekzekutiv Kouçinq insanların lider kimi inkişaf etməsinə kömək edən bir kouçinq formasıdır. Ekzekutiv Kouçinq performansı idarəçiliyin məhsuldarlığını artırmağa və tələblər artdıqca məsul şəxsin artmış tələblərə uyğun olaraq adaptasiyasına kömək edir.